
Belçikada bir qrup fəal Fələstinə görə 5 günlük aclıq aksiyasına başlayıb.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, onlar ölkələrinin İsraillə bütün əlaqələrini kəsməsini tələb ediblər.
Aclıq aksiyasının təşkilatçılarından biri, Müqəddəs Maykl Hərəkatından olan ata Lode Vandeputte bildirib ki, İsrail Qəzzada soyqırımını davam etdirsə də, susmaq lazım deyil və buna qarşı tədbir görülməsi mənəvi borcdur.
Fəallar ümid edirlər ki, tətil Avropanın digər şəhərlərində də oxşar nümayişlərə ilham verəcək.
Mehman Mehdiyev