Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan konstitusiyasından revizionist ifadələrin çıxarılması lazımdır ki, uzunmüddətli etimad mühiti formalaşsın

Ermənistan konstitusiyasından revizionist ifadələrin çıxarılması lazımdır ki, uzunmüddətli etimad mühiti formalaşsın


Azərbaycan və Ermənistan arasındakı münasibətlər tarixi ziddiyyətlərdən deyil, üçüncü qüvvənin alovlandırdığı miflərdən qaynaqlanır. Dırnaq arası böyük Ermənistan xülyası bu illər ərzində yalnız bəlli mərkəzlərin maraqlarına xidmət edib və onların regiondakı varlığını şərtləndirib.
Lakin, hekayə ilə rəvayətin fərqi olduğu kimi, xəstə psixologiyaların da formalaşdırdığı iddiaların bu gün illuziyalardan ibarət olduğunu ermənilərin özləri də dərk edir artıq. Ən azından bir hissəsi.
Baş nazir Nikol Paşinyanın konstitusiya dəyişikliyinə getmək istəməsi də məhz bu reallıqlardan qaynaqlanır. Eyni zamanda, bu təşəbbüs həm daxili siyasi dinamikanın, həm də Azərbaycanla münasibətlərin transformasiyası fonunda mühüm əhəmiyyət kəsb edir. Yəni, ya dəyişiləcən, ya da yeni çağırışların fürsətlərindən kənarda qalıb daimi aslı qalacaqsan.
Düzdür, tərəflər 2022-ci ildə Praqada Almatı bəyannaməsinə əsaslanaraq qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyıb. Lakin Ermənistan konstitusiyasında hələ də Azərbaycanla yekun sülh sazişini imzalamağa mane olan hüquqi və ideoloji əsaslar qalmaqdadır. Belə situasiyada ölkənin əsas qanuna istinad etməyən istənilən razılaşma isə hər an deaktiv edilə bilər. Məhz bu səbəbdən perspektiv dəyişikliklərlə Ermənistan konstitusiyasından revizionist ifadələrin çıxarılması lazımdır ki, uzunmüddətli etimad mühiti formalaşsın.
İndiki şəraitdə İrəvanda siyasi mühitin qeyri-stabil olmasına və baş nazirin hüquqi islahatları məhz bu gərginlik fonunda dilə gətirməsinə baxmayraq rəsmi Bakı prosesləri yaxından izləyir və bizi təhdid edəcək istənilən situasiyaya həm siyasi, həm də hərbi müdaxilə etmək hüququnu özündə saxlayır. Hesab edirəm ki, bu tip yanaşma Ermənistan daxiləndəki radikal dairələrə, xüsusilə, xarici xüsusi xidmət orqanlarının planları çərçivəsində yeni müharibə həvəsinə qapılanlara bir ultimatum təsiri bağışlayar.
Siyasi şərhçi Pərviz Mirizadə.
Xəbəri paylaş