Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Azəbaycan münasibətlərində Qərb-Azərbayxan münasibətləri oxşarlığı

Rusiya-Azəbaycan münasibətlərində Qərb-Azərbayxan münasibətləri oxşarlığı



Rusiya -Azərbaycan münasibətlərində, Qərb -Azərbaycan münasibətlərinin oxşarlığı var.Qərb istəmir, Azərbaycan tam şəkildə Türkiyəyə meyillənsin və Rusiyanın müttəfiqi olsun.Rusiya da eynilə Azərbaycanı, Qərb qədər, Türkiyə tərəfə tam olaraq meyillənməsinin əleyhinədir və Azərbaycanın Qərbə doğru qismən də olsa üz çevirməsini həzm edə bilmir. Rusiyanın Azərbaycana qarşı əsas istifadə etdiyi təsir mexanizmi Ermənistan tərəfindən olub.Rusiyanın Ermənistana sərhəd məsələlərində ciddi yardımları var və Rusiya, Ermənistan sərhədindən hər zaman Azərbaycana qarşı çirkin planların həyata keçirmək məqsədilə istifadə edib və təzyiqlər göstərib.İndiki proseslərdə bu imkanlar Ermənistan baş naziri Paşinyanın Türkiyə ilə yaxınlaşması fonunda Rusiyanın əlindən alınmaqda davam edir.Son dövrdə Rusiya və Azərbaycan münasibətlərində baş verən gərginliyin əsas səbəblərindən biri də, Zəngəzur dəhlizinin reallaşması nəticəsində, Rusiyanın bu lahiyədən kənarda qalma ehtimalıdır.Bunu Rus siyasətçilərinin əksəriyyəti söyləyir və Zəngəzur dəhlizinin vacibliyi ruslar üçün o qədər önəmlidir ki, Cənubi Qafqazda Rusiyanın varlığı, Zəngəzur dəhlizindən asılıdır demək olar və Zəngəzur dəhlizi rusların Cənubi Qafqazda ,,Son qalası,, anlamına gələ bilər. Sözsüz ki Rusiya, bütün bu olub bitənləri, NATO üzvü olan Türkiyənin Cənubi Qafqazla bağlı yürütdüyü siyasətindən qaynaqlandığını bilir.Bu səbəbdən Rusiya və Azərbaycan arasında əlaqələrin və münasibətlərin yenidən qurulması və bərpası müvəqqəti xarakter daşıyacaq və böyük ehtimal ki, bu və digər səbəblərdən dolayı Türkiyə-Rusiya münasibətləri də bu arada öz ,,nəsibini,, ala bilər, qənaətindəyəm.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş