Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Səbinə Xasayeva seçiciləri ilə görüşüb

Deputat Səbinə Xasayeva seçiciləri ilə görüşüb


İyulun 9-da 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə  Yeni Azərbaycan Partiyasının  inzibati binasında bir qrup vətəndaşı qəbul edərək  onların müraciət və təkliflərini dinləyib.

Newscenter.az xəbər verir ki, qəbul zamanı  vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün  qeydə alınıb, seçiciləri maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən  nəzarətə götürülüb.



Süleyman
Xəbəri paylaş