
"Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərində görüşməsi. Körfəz ölkələrinin son aylarda əsas sülh mərkəzi rolunda çıxış etməsindən irəli gəlir. Xüsusilə ABŞ-la Körfəz ölkələri müttəfiqdir və bu ölkələrdə hərbi bazaları var. Bu görüşdən ciddi müsbət nəticələr gözlənilir. İki ölkə arasında şifahi sülh razılaşması var. Həmçinin sülh müqaviləsinin mətni tam razılaşdırılib".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Dubayda bir araya gəlməsində Vaşinqtonun təklifinin olması istisna deyil:
"Təbii ki, Bakı və Yerevan arasında ikitərəfli danışıqlar gedir. Amma, prosesə Türkiyə, ABŞ da dəstək verir. Türkiyənin də Körfəz ölkələri ilə əlaqələri normaldır.
Ötən gün ABŞ dövlət katibi M. Rubio D. Trampın iştirakı ilə müşavirədə Azərbaycan və Ermənistan arasında sülhün tezliklə əldə edilməsi vacibliyini qeyd etdi. Liderlərin görüşündən əvvəl, belə bir açıqlama verilməsi təsadüfi deyil. Bir müddətdən sonra, prezident D. Tramp "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında mən vasitəçilik etdim"- açıqlaması versə təəcüblənməyək".
Məhəmməd Əsədullazadə deyib ki, ABŞ prezidenti D. Tramp iki ölkə arasında sülhün əldə edilməsini yaxından izləyir:
"Qeyd edim ki, Rusiyanın Azərbaycana və Ermənistana təzyiqləri artıqdan sonra, ABŞ Ukraynaya hərbi yardımları bərpa edərək, silah ixracını artırmaq barədə qərar verdi. D. Trampın bu qərarı təsadüfi deyildi".
Süleyman