
Sabah Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanin baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Artıq hər iki ölkənin lideri BƏƏ-yə yola düşüb. Bəs, görəsən Azərbaycan və Ermənistan liderlərinin görüşündə hansı məsələlər müzakirə ediləcək?.
Newscenter.az-ın xəbərinə görə, Əbu Dabi gərüşü barədə fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, görüşdə əsas müzakirələrin sülh sazişi, Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış olacağı gözlənilir. Ekspert hesab edir ki, Rusiya ilə qarşılıqlı münasibətlər (102-ci hərbi bazanın Ermənistan ərazisindən çıxarılması perspektivləri) kimi mövzular ətrafında da Azərbaycan və Ermənistan liderləri arasında müzakirənin aparılacağı ehtimal olunur.
Süleyman