
2025-ci ilin iyun ayında Qazaxıstanda mənzil alqı-satqısı üzrə 33 273 əməliyyat qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu açıqlama verib. Məlumata görə, may ayı ilə müqayisədə əməliyyatların sayı iyun ayında 2,1% azalıb.
Mənzil alqı-satqısına görə Almatı, Astana və Qaraqanda vilayəti liderdir.
Qeyd edək ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə də mənzil alqı-satqısı az olub.
Anar Əliyev