
Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf¬li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlət¬imizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə¬sində nail olunub. Ölkəmiz tarix baxımından qısa müd¬dət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-qu¬ruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasi-yasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və re-gional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb.
Azərbaycanın dünyanın əksər dövlətləri ilə həm siyasi, həm də iqtisadi əlaqələri genişlənməkdədir. Bu əlaqələr qarşılıqlı inama, etibara, etimada və ehtirama əsaslanır. Azərbaycan dövləti neçə-neçə beynəlxalq dünyəvi təşkilatın üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) da belə təşkilatlardan biridir. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycanın postmünaqişə dövründə yaratdığı reallıqların növbəti dəfə dünyaya təqdimatı idi. Azad olunmuş ərazilərin bərpası, regionun ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi burada təşkil olunan beynəlxalq tədbirlər vasitəsilə daha effektiv təqdim olunur. İyul ayının 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Bu tədbir iqtisadi əlaqələr formatında siyası əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş tədbir kimi xarakterizə edilməlidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü təşkilatda təmsil olunan 10 dövlətin siyasi iradəsinin ifadəsi olmaqla, ölkəmizin dünya siyasətində XXI əsrin mühüm strateji oyunçularından olmasının təsdiqidir. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzvü kimi qurum daxilində həyata keçirilən tədbirlərdə təşəbbüsləri ilə seçilən, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verən Azərbaycan mədəni, elmi və humanitar islahatlarda təşəbbüskarlıq göstərir. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşü Azərbaycanın müasir tarixində və beynəlxalq diplomatiyasında mühüm mərhələ kimi yadda qaldı. Prezident İlham Əliyevin zirvə çıxışı həm daxili siyasətin, həm də xarici siyasətin strateji baxışını əks etdirən, müdrik və gələcəyə yönəlik bir yol xəritəsi oldu. Cənab İlham Əliyevin Xankəndidəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi, diplomatik və iqlim gündəliyi baxımından Cənubi Qafqaz və daha geniş coğrafiya üçün strateji liderdir. Cənab Prezidentin nitqi həm keçmişin dərsləri, həm bugünün nailiyyətləri, həm də gələcəyin hədəfləri arasında qurulan məntiqli və strateji körpü idi.
Mehparə Mansırova,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin direktoru