Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tacikistanda hakimiyyət atadan oğula keçir

Tacikistanda hakimiyyət atadan oğula keçir


"Tacikistanda artıq hakimiyyətin ötürülməsinə başlanılıb. Səlahiyyətlərin ata Emomalidən oğlu Rüstəmə keçməsindən söhbət gedir. İstənilən idarəetmə sistemi üçün keçid böhrandır. Ancaq qurulmuş demokratiyalar üçün bu böhran yüngül soyuqluq kimidirsə, Asiya despotizmləri üçün dərhal tam bir fəlakətə çevrilir. Yeni hökmdar həmişə əvvəlki hökmdarın şəriklərini kökündən kəsməyə çalışır, onlar bacardıqca müqavimət göstərirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Pərviz Əliyev Tacikistanda cərəyan edən prosesləri şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Tacikistanda Emomalinin müttəfiqləri çətin ki, Rüstəmin onlar üçün təşkil etməyə məcbur olacağı ətçəkən maşına girməyə həvəs göstərsinlər:

"Buna görə də hakimiyyəti öz əllərində saxlamaq üçün hər şeyi edəcəklər. Bu dövrdə ən qəribə ittifaqlar, o cümlədən onların Əfqanıstan İŞİD-i Gülmurod Xəlimov “Xorasan vilayəti” ilə ittifaqı mümkündür. Rüstəmin son Moskva səfərində Putin ilə görüşündə əlbəttə hakimiyyətin tranziti müzakirə edildi".

Politoloq deyib ki, Moskvadan gələn siqnallar OK verildiyini göstərsə də, Pekin üçün eyni sözü demək çətindir:

"Pekin ilk öncə qruplaşmalar arasında konsensus olmasını arzu edir. Tranzit zamanı müqavimət artarsa ölkə daxilində böyük xaos yarana bilər. Çin üçün bölgənin sabitliyinin nə qədər önəmli olduğunu təkrar etmək yersizdir. Yaxında Rüstəm Pekinə razılıq üçün səfərə hazırlaşmalıdır. Ona görə də Emoməli Rəhmonov indiki mərhələdə Rüstəmin rəqiblərini mümkün qədər zəiflətməyə çalışır. Əfqan qaçqınlarının qovulmasına onun həlledici mərhələlərindən birində tranzitə hazırlıq kimi baxmaq lazımdır. Bütün əlamətlərə görə, səlahiyyətlərin ötürülməsi bu ilin sonu və ya gələn il mümkündür. Gələcək döyüşün bütün iştirakçıları bu ana hazırlaşır".

Anar Əliyev
Xəbəri paylaş