
Qazaxıstanda yeni superkompüter istifadəyə verilib.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, yeni superkompüter hesablama gücünə görə Mərkəzi Asiya regionunda ən yaxşısı hesab olunur.
Yeni superkompüter klasteri hesablama metodologiyasına uyğun olaraq FP8 formatında 2 exaflop-a qədər performans təmin edə bilər.
Superkompüterin hesablama gücündən neyron şəbəkə həllərinin inkişafı ilə məşğul olan startaplar, universitetlər və tədqiqat mərkəzləri, həmçinin dövlət qurumları və özəl şirkətlərin istifadə etməsi mümkündür.
Anar Əliyev