Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqaz, artıq sülh və əmin-amanlıq dövrünə qədəm qoyur

Cənubi Qafqaz, artıq sülh və əmin-amanlıq dövrünə qədəm qoyur


"Azərbaycan xalqı olaraq hər zaman sülh tərəfdarıyıq. Sülh və əmin-amanlıq olan yerdə inkişaf, tərəqqi və firavanlıq hökm sürür. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşü deməyə əsas verir ki, Cənubi Qafqaz, artıq sülh və əmin-amanlıq dövrünə qədəm qoyur".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, aparılan danışıqlar öz nəticəsini verməkdədir:

"Sülh danışıqları prosesi yekun sülh sazişinin imzalanmasına yerini verməyə hazırlaşır. Əbu-Dabi şəhərində baş tutan Əliyev və Paşinyan görüşü fonunda, hər iki ölkənin nazirlərinin və nazir müavinlərinin də iştirakı və görüşün uzun-uzadı ,5-6 saat davam etməsi, danışıqların effektivliyini göstəri. Artıq sülhün koordinatları da görünməkdədir demək olar".

Ekspert deyib ki, əslində əldə olunan razılaşmalar və gəlinən durum, böyük keşməkeşli hadisələrlə dolu bir dövrü əhatə edir və çətin bir yol keçilmişdir:

"Ardınca 44 günlük vətən müharibəsində əldə edilən möhtəşəm qələbə və sonrakı dövr üçün yeni reallıqların əldə olunması üçün yaradılan siyasi zəmin, əlbəttə ki Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü parlaq siyasətin nəticəsində bütün bunlar uğur qazandı və bu uğur qazanılmaqda davam edir. Bu gün onun müdrik siyasəti və cəsarətli mövqeyi, Ermənistan üzərində bir daha öz sözünü dedi və heç şübhəsiz ki, bundan sonra da deyəcək".

Anar Əliyev
Xəbəri paylaş