Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan yaranmış situasiyadan düzgün istifadə etməlidir

Ermənistan yaranmış situasiyadan düzgün istifadə etməlidir



Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən görüşü bir daha sübut etdi ki, tərəflər vasitəçi olmadan da görüşə, bir sıra prinsipial məsələləri həll edə bilərlər. Hesab edirəm ki, Abu Dabi görüşü Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində irəli doğru atılmış əlverişli addımdır. Hər halda Azərbaycanın Xarici İşlər Nazirliyinin İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşün səmərəli olduğuna dair açıqlaması belə bir qənaət formalaşdırır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O bildirib ki, artıq sülh müqaviləsinin imzalanmasının zamanı yetişib. Millət vəkili bildirib ki, artıq Ermənistan rəhbərliyi də bu reallığı qəbul etməkdədir:

"Reallıq isə ondan ibarətdir ki, artıq beynəlxalq aləm də Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinin tərəfdarıdır. Bir müddət əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Trampın Azərbaycanın dövlət başçısına ünvanladığı məktubda bu məqam xüsusi vurğulanır və Ağ Ev rəhbəri Vaşinqtonun Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini ifadə edirdi. Paralel olaraq Avropanın siyasi təsisatları da anoloji mövqe sərgiləyirlər. Bir sözlə Ermənistanın sülhdən yayınmasını dəstəkləyən ölkə və ya siyasi təsisat yoxdur. Ona görə də Ermənistan rəhbərliyi bütün bu reallıqları nəzərə alaraq indi bu prosesə daha çox maraq göstərir".

İlham Məmmədov onu da qeyd edib ki, iqtisadi maraqlar da Ermənistanı sülhə daha çox meyilləndirir:

"Ermənistanda hər nə qədər Zəngəzur dəhlizinin açılmasına qarşı etiraz olsa da, lakin Paşinyan hökuməti gözəl dərk edir ki, sözügedən dəhlizin açılması İrəvanın özü üçün də əlverişlidir. Çünki Zəngəzur dəhlizinin açılması ilə Ermənistan beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış əldə edəcək. Eyni zamanda bəlli miqdarda tranzit haqqı əldə edəcək. Ona görə də bu və ya digər amilləri nəzərə alaraq Ermənistan sülh müqaviləsinin imzalanmasına daha çox maraq göstərir. Hesab edirəm ki, Ermənistan rəhbərliyi yaranmış situasiyadan bəhrələnib sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atmalıdır".

Süleyman
Xəbəri paylaş