Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə mövcud iqtidar-müxalifət dialoqunun bilavasitə təzahürü

Ölkədə mövcud iqtidar-müxalifət dialoqunun bilavasitə təzahürü


"Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun Zəfəri sayəsində işğal və vandalizmin küllərindən dirçəlməkdə olan Ağdama qatarla getmək də qismətimizdə varmış. Bu, həqiqətən də tarixi bir hadisədir. 30 il ərzində dünyada “Qafqazın Xirosiması” kimi, "Ruhlar şəhəri" kimi tanınan Ağdam bu gün bizi yandırılıb dağıdılan, talan edilən ölü şəhər kimi yox, yenidən doğulan, sürətlə dirçələn bir məkan kimi qarşıladı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, Bakı-Ağdam sürət qatarı isə Ağdamın sürətli dirçəlişinin rəmzinə çevrilir:

"Biz Ağdama artıq ikinci dəfədir ki, gəlirik. Ağdamda ilk dəfə 4 il bundan öncə (2021-ci ilin əvvəllərində) olmuşduq. Onda Ağdamın müharibə yaraları hələ sızlamaqda, viran qoyulmuş şəhər görünüşü vahimə yaratmaqda davam edirdi. Ötən 4 ildə isə Ağdamda çox böyük işlər görülüb. Ağdam həqiqətən də sürətlə dəyişir, Simurq kimi müharibənin küllərindən dirçəlir. Biz bu gün Ağdam Muğam Mərkəzində, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində, Ağdam Konqres Mərkəzində və Ağdam City Hotel mehmanxanasında olduq, İmarət Kompleksini və Cümə Məscidini ziyarət etdik. Hər yerdə sürətli bərpa-quruculuq işlərinin ürəkaçan nəticələri ilə qarşılaşırıq. Ağdamda belə qısa müddət ərzində görülmüş işlərin timsalında əminliklə deyə bilərik ki, Azərbaycan qalib dövlət olduğu kimi, həm də qurucu dövlətdir. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətini nümayiş etdirir".

Komitə sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə yaxından tanış olmaq imkanının yaradılması siyasi qüvvələrin rəhbərləri üçün çox önəmlidir:

"Bu səfərlər həm də “Böyük Qayıdış” prosesini yeni siyasi və sosial gerçəkliyimiz kimi cəmiyyətə təqdim etməyə xidmət edir. “Böyük Qayıdış” Proqramı çərçivəsində görülən işlər haqqında səfər iştirakçılarına məlumat verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirdi ki, Ağdamda yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıtmağa başlayan insanlarımız üçün məşğulluq və gəlir mənbəyi olacaq. Ağdamda beynəlxalq tədbirlərin keçirilməsi faktı isə bütün Qarabağın dünyanın siyasi xəritəsində nüfuzlu məkanlarından birinə çevrilməsi deməkdir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə təşkil olunan bu cür ardıcıl səfərlər ərazi bütövlüyünü bərpa etmiş qalib ölkəmizdə siyasi və ictimai vəhdəti daha da möhkəmləndirir, milli birlik və həmrəyliyimizə töhfə verir. Səfər əsnasında Ağdamda siyasilərin qarşısında çıxış edən Ədalət Vəliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə demokratik ənənələrin dərinləşdirilməsi məqsədilə siyasi dialoq mühitinin təşviq olunduğunu bildirdi. İşğaldan azad edilmiş ərazilərə təşkil olunan birgə səfərlər də iqtidar-müxalifət dialoqunun mühüm tərkib hissəsidir. Partiya sədrlərinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə növbəti (səkkizinci) birgə səfəri də məhz ölkədə mövcud açıq iqtidar-müxalifət dialoqunun bilavasitə təzahürüdür. Belə səfərlərin sayəsində formalaşan və inkişaf edən dialoq mühiti, həmrəylik atmosferi siyasi müstəvidə tərəflər arasında etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir".

Süleyman
Xəbəri paylaş