
Özbəkistan ilk dəfə olaraq 99,9 faiz təmizliyə malik renium metalını ixrac edib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Məlumata görə, "TMK ilk dəfə Estoniyanın VLCor Baltic OU şirkəti ilə imzalanmış müqavilə çərçivəsində renium metalını ixrac edib. Bu, Özbəkistanda renium metal ixracının faktiki başlanğıcını göstərir.
Qeyd edək ki, renium mürəkkəb texnologiyalar, aerokosmik və yüksək temperaturlu super ərintilərin istehsalı üçün qlobal səviyyədə tanınmış strateji metaldır.

Bu ilin aprel ayında Özbəkistanda renium metalının sənaye miqyasında istehsalına başlanılıb. Hazırda Özbəkistan Texnoloji Metallar Kombinatında renium istehsalı sahəsi yaradılmış və xaricdən müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
Süleyman