
Özbəkistan və Çin Urumçidə birgə müəssisə açıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə “Uztemiryulkonteyner” məlumat yayıb.
Şirkətin ofisi Urumçidə yerləşəcək və müəssisənin əsas fəaliyyəti yüklərin konsolidasiyası, Çindən subsidiyaların cəlb edilməsi və "Çin - Mərkəzi Asiya" marşrutu üzrə multimodal daşımaların inkişafı olacaq.
Təşkilati proseslər başa çatdıqdan sonra şirkət qısa müddətdə “Çin - Qırğızıstan - Özbəkistan” marşrutu üzrə ilk konteyner qatarlarının göndərilməsinə başlayacaq.
Birgə müəssisənin yaradılması Çin və Özbəkistan arasında nəqliyyat əlaqələrinin möhkəmlənməsinə, həmçinin Özbəkistanın logistika sektorunda strateji mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Süleyman