Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Özbəkistana AES üçün nüvə yanacağı verəcək

Qazaxıstan Özbəkistana AES üçün nüvə yanacağı verəcək


Özbəkistan və Qazaxıstan AES-lər üçün nüvə yanacağının tədarükü imkanlarını müzakirə edirlər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Şərqi Qazaxıstan vilayət administrasiyası məlumat yayıb.

Şərqi Qazaxıstan vilayətinin qubernatoru Nurimbet Saktağanov Özbəkistanın Qazaxıstandakı səfiri Baxtiyor İbrahimovla görüşüb. Görüşdə Şərqi Qazaxıstan vilayəti ilə Özbəkistan arasında əməkdaşlığın, xüsusilə aqrar-sənaye kompleksi və turizm sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

İşgüzar əməkdaşlığın digər sahələrinə gələcək atom elektrik stansiyası üçün Özbəkistana nüvə yanacağının tədarükü imkanları, habelə sənaye tullantılarının utilizasiyası və emalı sahəsində təcrübə mübadiləsi daxildir.

Süleyman
Xəbəri paylaş