
Qazaxıstanda Daxili İşlər Nazirliyinin binası yandırılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Astanada 24 yaşlı gənc nazirliyin binasını yandırıb.
Hadisə bu gün səhər saatlarında baş verib. Nazirlik binasının girişlərindən birində qəfildən avtomatik yanğın siqnalı işə düşüb. Yanğınsöndürənlər sürətlə hadisə yerinə gəliblər.
Məlumata görə, naməlum şəxs binaya daxil olaraq turniketə yanar qarışığı atıb. Nəticədə təxminən 2 kvadratmetr sahədə yanğın baş verib. Xilasedicilərin koordinasiyalı tədbirləri nəticəsində yanğınsöndürən balonun köməyi ilə tamamilə söndürülüb.
Anar Əliyev