Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib

Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib


İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib.

Newscenter.az xəbər verir ki, Tuzla şəhərinin beynəlxalq aeroportunda Milli Məclisin sədrini Bosniya və Herseqovina parlamentinin deputatı Nihad Omeroviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Serebrenitsa şəhərində keçiriləcək Soyqırımı qurbanlarının Anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaqdır.

Süleyman
Xəbəri paylaş