
"Abu-Dabi görüşü kifayət qədər məhsuldar mühitdə keçirildi, artıq tərəflər birbaşa və vasitəçi olmadan, yalnız ölkə rəhbərliyi səviyyəsində deyil, nümayəndə heyəti baxımdan geniş tərkibdə danışıqlar aparırlar. B u isə ondan xəbər verir ki, danışıqların predmetində geniş məsələlər mövcuddur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O deyib ki, Ermənistanla Azərbaycan arasında gündəlikdə olan sərhədlərin tam delimitasiyası, Ermənistan konstitusiyasına Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması, Zəngəzur dəhlizi ilə bağlı nəqliyyat və yol məsələlərin həlli, kommunikasiyaların açılması və digər məsələlər var:
"Bunların həlli istiqamətində ciddi hazırlıqlar aparılır. Abu-Dabi görüşünün konstruktiv mühitdə keçirildiyini, danışıqların önəmli mərhələyə keçdiyini demək mümkündür, bu mərhələdə artıq tərəflər arasında həll olunması gözlənilən məsələlərin birbaşa görüşlər formatında daha qısa müddətdə və daha əsaslı həllinə yol açmış olacaq, regionda dayanıqlı sülhün, regional kommunikasiyaların açılmasının, Azərbaycanın Naxçıvana quru yolunun açılmasının ilkin mərhələdə şahidi ola bilərik".
Süleyman