
"Ermənistan Zəngəzur dəhlizinə nəzarəti ABŞ şirkətinin nəzarətinə verməkdə maraqlıdır. Zəngəzurda üçüncü ölkənin olması Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan və Ermənistan ikitərəfli şəkildə Zəngəzur dəhlizində təhlükəsizliyi təmin edə biləcək siyasi iradəyə malikdir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ilk aylar neytral bir ölkədən-İsveçrənin təhlükəsizlik şirkəti bunu edə bilər:
"ABŞ beynəlxalq nəqliyyat yollarına nəzarət etməyə çalışır. Bir tərəfdən də Rusiya Zəngəzur dəhlizi istiqamətində İranla sərhəddə təhlükəsizliyi təmin etmək üçün hərbiçilərini göndərə bilər.
Məhz ABŞ Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasında ona görə tez bir zamanda maraqlıdır ki, Zəngəzur dəhlizinə nəzarət etsin. Zəngəzur dəhlizi Ermənistanın ərazisidir. Rusiya Ermənistan hakimiyyətinə ciddi təzyiqlər edə bilər. Rusiya Ermənistandakı 102-ci bazasına hərbiçilər gətirir. Zəngəzur dəhlizinə nəzarət etmək uğrunda geosiyasi rəqabət başlayır.
Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini ikitərəfli şəkildə üçüncü ölkə olmadan aça bilər".
Süleyman