
"Bu gün Azərbaycan beynəlxalq problemlərin müzakirə edildiyi məkana çevrilir. Davamlı olaraq ölkəmizdə müxtəlif gərginlik yaşayan tərəflərin görüşlərinin keçirilməsi, ən son Suriya Ərəb Respublikasının keçid dövr Prezidenti Əhməd aş Şaaranın ölkəmizə səfəri belə deməyə əsas verir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov səsləndirib. Millət vəkili bildirib ki, səfər çərçivəsində Bakıda İsrail və Suriya nümayəndə heyətlərinin iştirakı ilə görüşünün keçirilməsi barədə xəbərlərin yayılması da Azərbaycanın diplomatik məsələlərin müzakirə mərkəzi kimi rolunun artdığını göstərir:
"Bu həm də onun təsdiqidir ki, Azərbaycan doğru yoldadır və ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət kursu dünya tərəfindən qəbul edilir, dəstək görür".
Süleyman