
Artıq bu təsdiqlənir ki, Xameneinin müşaviri Əli Əkbər Vilayəti (İranda ideoloq kimi tanınan həm Xameneiyə yaxın şəxs) Pakistan DİN rəhbərinə Azərbaycandan haqqında bunları açıqca deyib;
“Ölkənizin Azərbaycan Respublikası ilə ən yaxın münasibətləri var, ancaq ki ehtiyatlı olmalısınız. Azərbaycan İslam dünyasının xeyrinə olmayan hərəkətlər edir”.
Əli Əkbər eynilə Əhməd əş-Şaranın Azərbaycan səfərini qınayıb və Pakistandan xahiş edib ki, Azərbaycan Respublikasından hesabat istəsin.
Bu səviyyəli tanınmış insan, həm də İran dövlət rəhbərinin böyründə oturan şəxs qonşu ölkənin, Azərbaycanın haqqında bunu deyirsə, demək ki, İran dövlət rəhbərliyi və dərin dini dövləti bizim ölkə haqqında daxilən rəqib fikrindədir, olub və olacaq, nə qədər ki, bu molla rejimi mövcuddur.
Bunu biz birdəfəlik bilməliyik və indiyədək neçə dəfələrlə İran öz addım, mövqeyi ilə təsdiq edib. İstər işğalımız istər işğaldan azadlıq savaşımız, istər sülh sazişi, Zəngəzur dəhlizi açılma dövrü.
İran molla rejimi, onun özünəməxsus dini təlimi əslində ümumi İslam dinini zəiflədib parçalama kimi ziyankar yoldadır. Kərbalanı Məkkədən də üstün bilmək nə deməkdir? Ümumiyyətlə, İslam dini və hətta Şiə adı altında İran rejimi, bu dinə və bu təriqətə də yad olan, əslində, Xomeynizm xüsusi təliiminə keçib. O təlim ki, radikal siyasi yolu tutub, təxribat, terror yaymaqla məşğuldur.
Stalinizm kimi, Xomeynizm də inqilab ixracı ilə özünə oxşar zülmət dövlətlər qurmaq xəttində yol tutmuş. Xomeynizm nə din deyil, nə təriqət deyil, bu sanki, bir radikal təməlli cahil sektadır. Ona görə, gərək dünya birliyi Xomeynizmi tam zərərli, terror və təxribat mənşəli və ekstremist mahiyyətli təlim kimi, qanundan kənar tanısın!
İlqar Altay