Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misir limanlarında Özbəkistan malları üçün anbarlar açılacaq

Misir limanlarında Özbəkistan malları üçün anbarlar açılacaq



Misir limanlarında Özbəkistan malları üçün anbarların açılması perspektivləri öyrənilir.

Newscenter.az xəbər verir ki. bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Bildirilib ki, bundan əlavə, İsgəndəriyyə və Port Səid azad iqtisadi zonalarında sənaye kooperasiyası və birgə istehsal qurulur.

Məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 2024-cü ildə 46,1 milyon dollara çatıb, bu ilin ilk beş ayında isə bu rəqəm 22,4 milyon dollar təşkil edib.

Özbəkistanın Misirə ixracı 11,2 milyon dollar təşkil edib. Xüsusilə, turizm xidmətləri, toxuculuq, elektrik avadanlıqları, mis və heyvandarlıq məhsulları ticarətində əhəmiyyətli artım əldə edilib.

Süleyman
Xəbəri paylaş