Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiya Rusiya və Çin arasında hərbi əməkdaşlığın dərinləşməsindən narahatdır

Yaponiya Rusiya və Çin arasında hərbi əməkdaşlığın dərinləşməsindən narahatdır


Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşməsi Tokionun ciddi narahatlığına səbəb olur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin “Ağ Kitab” adlı hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın intensivliyi artır. Bu, böyük narahatlıq doğurur, çünki məqsəd Yaponiyaya qarşı güc nümayiş etdirməkdir.

Qeyd edək ki, son bir neçə ildə Yaponiya Müdafiə Nazirliyinin bütün illik hesabatlarında oxşar ifadələr yer alıb.

Yaponiya Müdafiə Nazirliyi də öz növbəsində Rusiyanın Ukraynadakı hərəkətlərini həmişəki kimi tənqid edib.

Mehman Mehdiyev
Xəbəri paylaş