
16 iyul Azərbaycan Xalq Cəbhəsinin yaranması tarixidir.
Newscenter.az xatırladır ki, ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet İttifaqı hüdudları daxilində bir sıra iqtisadi, siyasi, o cümlədən sosial islahat hərəkatlarının start götürməsi nəticəsində keçmişdə tabu hesab olunan bir sıra ictimai debatların geniş vüsət alması, müstəqillik nöqteyi-nəzərindən müttəfiq respublikaların vətəndaşları üçün yeni perspektivlər vəd edirdi.
"Azərbaycan Xalq Cəbhəsini formalaşdırmaq üçün 1988-ci ildə Bakı Alimlər klubunda bir qrup ziyalı tərəfindən Təşəbbüs qrupu yaradıldı. Ardınca təbliğat prosesi başladı və "Varlıq", "Çənlibel" kimi yarımleqal təşkilatlar da təşəbbüs qrupuna qoşuldular.
Azərbaycan Xalq Cəbhəsi 16 iyul 1989-cu ildə təsis olunmuş və "Elçibəy" təxəllüslü Əbülfəz Əliyev sədr seçilmişdir. 5 oktyabr 1989-cu ildə isə təşkilat rəsmən dövlət qeydiyyatına alınmışdır.
Süleyman