
16 iyul İslam təqviminin başlanğıc günüdür.
Newscenter.az xatırladır ki, Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır. Bu era ilk olaraq Məhəmməd peyğəmbərin ölümündən 5 il sonra – 637-ci ildə, Xilafətdə rəsmən illərin nömrələnməsi üçün qəbul olunub.
1925-ci ildə İranda rəsmən Hicri-şəmsi təqviminə keçilməsindən sonra, İranda, Əfqanıstanda və Azərbaycanda Hicri təqvim daha çox "Hicri-qəməri təqvim" adlanmağa başladı. Hicri-qəməri təqvimində göstərilən tarix internetin meydana çıxmasına qədər tam dəqiqliyi ilə yalnız mürəkkəb yollarla – sinxron cədvəllər vasitəsilə, Qriqori təqviminə çevrilə bilərdi. Hazırda isə internetdəki bəzi saytlar vasitəsilə bu əməliyyatı çox asanlıqla icra etmək mümkündür.
Anar Əliyev