Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran antiAzərbaycan ritorikasından əl çəkmir

İran antiAzərbaycan ritorikasından əl çəkmir


"İranda bəzi şəxslər var ki, onlar qəti şəkildə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi, Bakı ilə Tehran arasında normal qonşuluq münasibətlərinin ən üst səviyyəyə qaldırılmasını istəmirlər. Onu da qeyd etmək lazımdır ki, bu cür şəxslər daha çox İranın ali dini lideri Əli Xamneneiyə yaxın olan adamlardır. Bu da onu deməyə əsas verir ki, Bakı-Tehran münasibətlərinin inkişaf etdirilməsi ilk növbədə ali dini liderin maraqlarına ziddir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı İranın ali dini lideri Əli Xamenenin müşaviri Əli Əkbər Vilayətinin Azərbayvvan əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

İctimai birlik sədri qeyd edib ki, Vilayəti Pakistan daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşü zamanı Azərbaycan əlehinə fikirlər səsləndirərək ölkəmizi İslam birliyinə zərbə vurmaqda günahlandırıb:

"Ali dini liderin müşaviri Azərbaycanın İsraillə münasibətlərini yenidən qabardaraq Bakı-Təl-Əviv əməkdaşlığını təhlükə kimi xarakterizə edib. Halbuki İranın ən son hadisələr zamanı yerlə yeksan olmasının qarşısı məhz Azzərbaycanın ortaya qoyduğu pirnsipial mövqenin nəticəsində alındı. Azərbaycan hər zaman olduğu kimi bu dəfə də ərazisindən İrana qarşı hərbi əməliyyatların keçirilməsi, yaxud raket zərbələrinin endirilməsinə qətiyyən icazə vermədi. Əgər Azərbaycan bunun əksini etsəydi, İsrail cəmi bir neçə saata İranı yerlə bir edərdi".

Arzuman Muradlı onu da qeyd edib ki, əksinə İran uzun illər Ermənistana hər cür dəstək verərək işğalçılıq və terrorçuluğa haqq qazandırmış olub, bir xristian ölkəsinin müsəlman dövlətinin ərazilərini işğal etməsinə şərait yaradıb:

"Ona görə də İran rəsmilərinin heç bir halda İslam həmrəyliyi, yaxud Azərbaycanın bu həmyəliyə zirbə vurmasından danışmağa mənəvi haqqı yoxdur".

Süleyman
Xəbəri paylaş