Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir

Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir


Ermənistan Avropa İttifaqının (Aİ) üzvü olmaq istəyir.

Newscenter.az-ın məlumatına görə, “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Avropalı həmkarlarımız Ermənistanda qəbul edilmiş Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanunun ölkənin Aİ üzvü olmaq istəməsi anlamına gəlib-gəlmədiyini soruşurlar. Cavabım belədir: Bəli, Ermənistan Aİ-nin üzvü olmaq istəyir", - Paşinyan qeyd edib.
Xəbəri paylaş