Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azər Allahverənov seçiciləri ilə görüşüb

Deputat Azər Allahverənov seçiciləri ilə görüşüb



Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirib. Görüş Kürdəxanı Bələdiyyəsinin inzibati binasında təşkil olunub.

Newscenter.az xəbər verir ki, görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən aktual məsələlər – sosial rifah, yol hərəkətinin təşkili və tənzimlənməsi, xüsusilə də bəzi küçə və prospektlərdə qoşa xəttin qırıq-qırıq xəttlə əvəz olunması, eləcə də infrastrukturla bağlı mövcud çətinliklərin aradan qaldırılması ətrafında geniş müzakirələr aparılıb.

Millət vəkili Azər Allahverənov Kürdəxanı Bələdiyyəsinin səlahiyyətli nümayəndələri ilə birlikdə sakinləri narahat edən cari məsələlərin operativ şəkildə həlli istiqamətində fikir mübadiləsi aparıb, bəzi problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılması üçün konkret addımlar müəyyənləşdirib.

Eyni gündə millət vəkili Azər Allahverənov Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 21 nömrəli şəhər poliklinikasına səfər edib, tibb müəssisəsinin ümumi vəziyyəti ilə yerində tanış olub. Müəyyən edilib ki, poliklinika əsaslı təmir olunmalıdır.

Millət vəkili Azər Allahverənov vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərlə bağlı qısa müddət ərzində müvafiq qurumlara deputat sorğusunun göndəriləcəyini bildirib.

Süleyman
Xəbəri paylaş