Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Emin Həsənli Ərdoğanın müavini ilə görüşüb

Emin Həsənli Ərdoğanın müavini ilə görüşüb



Türkiyədə səfərdə olan “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli və Qarabağ qazisi Famil Fərəcov hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi qərərgahında partiyanın sədr müavini, Türk Dövlətləri təşkilatları ilə əlaqələr başqanı, Ankara millət vəkili, professor, doktor Kürşad Zorlu ilə görüşüblər. Görüşdə Türkiyənin Müharib Qazilər Dərnəyinin başqanı Bəyazid Yumuq da iştirak edib.

Newscenter.az xəbər verir ki, Kürşad Zorlu qonaqları salamlayaraq, onları mərkəzi qərargahda görməkdən məmin olduqlarını, Türkiyə-Azərbaycan əlaqələrini, Türk Dövlətləri Təşkilatında son zamanlar Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin birgə səyləri ilə görülən işlərdən danışıb.

O, eyni zamanda, bu əlaqələrin daha da genişlənməsini, qardaş ölkələrin birlikdə Turan birliyinə doğru atdığı addımları böyük məmnuniyyətlə xatırladıb. Azərbaycanın Qarabağ zəfərinin məntiqi nəticəsi kimi Laçında və Xankəndidə beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

Kürşad Zorlu Ədələt və İnşaf Partiyasının da hər zaman Türk dövlətləri ilə əlaqələrə önəm verdiyini və Türk dövlətlərində olan partiyalarla əlaqələrin daha da sıx qurulmasına çalışdıqlarını diqqətə çatdırıb.

Həm Türkiyədə, həm də Azərbaycanda şəhid ailələrinə və qazilərə, ehtiyatda olan zabitlərə, gizirlərə xüsusi diqqət göstərildiyini və bu sahədə iki ölkə arasında faydalı əməkdaşlığın olduğunu qeyd edib.

Emin Həsənli səmimi qəbul üçün millət vəkilinə təşəkkürünü bildirib. Azərbaycan - Türkiyə əlaqələrinin daha da inkişafının Ümummilli Liderin “bir millət-iki dövlət” ideyasından qaynaqlandığını, ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən daha yüksək səviyyəyə qaldırıldığını xüsusi vurğulayıb. Əlaqələrin hərtərəfli inkişaf etdirilməsinin önəmini qeyd edən qonaq həm Türkiyədə, həm də Azərbaycanda keçirilən yüsək səviyyəli görüşlərin qardaşlıq yolunda yeni üfüqlər açdığını bildirib.

E. Həsənli Türk Dövlətləri Təşkilatı çərçivəsində qazilər, şəhid ailələri və ehtiyatda olan hərbçilərin də əlaqələrinin intensivləşdirilməsinin ölkələr arasında daha sıx bağlar yarada biləcəyini xüsusi vurğulayıb.

Kürşad Zorlu 15 iyul dövlət çevrisinin qarşısının alınmasında müstəsna xidmətləri olan Ömər Xalisdəmirlə eyni kursda oxumuş, bərabər təlimlərdə olmuş Qarabağ qazisi Famil Fərəcovun anım tədbirlərində iştirakından mənmun olduğunu bildirib. Millət vəkili, eyni zamanda, Türkiyədə hakim partiyanın şəhid ailələrinə, qazilərə qayğıya çox böyük önəm verdiyini və Azərbaycanda bu istiqamətdə işləyən QHT-lərlə Türkiyə QHT-lərinin əlaqələrində maraqlı olduqlarını bildirib. Qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu əlaqələrə böyük önəm verir. Bu sahədə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması və eyni zamanda iki ölkənin təcrübəsinin qarşılıqlı öyrənlilməsinin vacibliyi də vurğulanıb.

Süleyman
Xəbəri paylaş