Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci Toplantısına ev sahibliyi edir

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci Toplantısına ev sahibliyi edir


Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci Toplantısına ev sahibliyi edir

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı keçirilir.

Newscenter.az xəbər verir ki, toplantıya ASOSAI İdarə Heyəti və Audit Komitəsinin üzvləri, eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyi və katibliyinin nümayəndələri, INTOSAI İnkişaf Təşəbbüsünün təmsilçiləri daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.

Tədbirdə ev sahibi – Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək toplantının əhəmiyyəti barədə danışıb, qurumun beynəlxalq əməkdaşlığa verdiyi önəm və ASOSAI çərçivəsində verilən töhfələr barədə fikirlərini bölüşüb.

Daha sonra iştirakçılara Azərbaycan haqqında təqdimat videosu da nümayiş olunub.

Sonra tədbir ASOSAI sədrliyini təmsil edən Hindistanın Müfəttiş və Baş Auditorunun müavininin çıxışı ilə davam edib. O İdarə Heyətinin fəaliyyəti barədə məlumat verib.

Daha sonra ASOSAI katibliyini təmsil edən Çin AAO sədri çıxış edərək təşkilatın maliyyə hesabatları və növbəti dövr üçün büdcəsindən bəhs edib.

Qeyd edək ki, Hesablama Palatası 2024-cü ilin sentyabrında Hindistanın Yeni Dehli şəhərində keçirilmiş ASOSAI Assambleyasında ilk dəfə olaraq təşkilatın İdarə Heyətinə üzv seçilib.

Süleyman
Xəbəri paylaş