
Bu ilin yanvar ayında vəzifəsindən uzaqlaşdırılan gənclər və idman nazirinin müavini Mariana Vasilevanın hazırda fəaliyyətini davam etdirdiyi bildirilir.
Newscenter.az Pravda.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Vasileva vəzifəsindən kənarlaşdırılsa da, Nazirliyin inzibati binasında tez-tez görüntülənir, müvafiq tapşırıqlar verir.
Mairana Vasilevanın bu günlərdə Nazirlikdə ad gününü qeyd etməsi barədə görüntülər də yayılıb.
Yayılan məlumatların doğru olub-olmadığını aydınlaşdırmaq üçün Gənclər və İdman Nazirliyinə sorğu ünvanlasaq da, iki gün keçməsinə baxmayaraq heç bir mövqe bildirilməyib.
Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin edilsə də, 2025-ci ilin yanvarında vəzifəsindən azad olunub. Nazir Fərid Qayıbov isə işdən çıxarıldığı gün Vasileva ilə selfisini paylaşdığı üçün ciddi tənqid edilmişdi.