Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul Hava Limanı "Dünyanın Ən Yaxşısı" seçildi

İstanbul Hava Limanı "Dünyanın Ən Yaxşısı" seçildi


İstanbul Hava Limanı bu il növbəti dəfə “Dünyanın Ən Yaxşı Hava Limanı” adını qazanıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hava limanı bu göstəricini dünyanın aparıcı səyahət jurnalı “Travel and Leisure”in oxucularının səsverməsinə əsasən əldə edib.

Məlumata görə, jurnalın oxucuları “Dünyanın ən yaxşı 10 beynəlxalq hava limanı”nı müəyyən ediblər.

Ötən il olduğu kimi, İGA İstanbul Hava Limanı siyahıya başçılıq edir.

Hər ay 16 milyondan çox oxucuya çatan jurnalın mükafatlandırma mərasimi ABŞ-ın Nyu-York şəhərində, nəşrin baş qərargahında keçirilib. Mükafatı İGA-nın Korporativ Kommunikasiyalar Direktoru Gökhan Şengülə Travel and Leisure jurnalının baş redaktoru Jacqueline Gifford təqdim edib.

İstanbul Hava Limanı ilk dəfə 2021-ci ildə illik sorğuya qatılaraq siyahıdakı ilk Türkiyə hava limanı oldu.

Anar Əliyev
Xəbəri paylaş