
Türkiyə daxilində satılan evlərin sayı iyun ayında keçən ilin eyni ayına görə 35,8 faiz artaraq 107 min 723-ə çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, iyun ayında satılan evlərin siyahısına İstanbul 17 656 mənzillə başçılıq edir. İstanbul şəhərini 9 428 mənzillə Ankara, 5 987 mənzillə İzmir izləyib.
Ən az ev satışı olan vilayətlər 38 evlə Ardahan, 62 evlə Bayburt və 81 evlə Hakkari olub.
Keçən ay xarici vətəndaşlara 1565 ev satılıb.
Vətəndaşlığa görə, ən çox ev satışı Rusiya vətəndaşlarına edilib. Həmin ayda Rusiya vətəndaşları Türkiyədən 326 ev alıb, onu 111 evlə Ukrayna vətəndaşları və 109 evlə İran vətəndaşları izləyib.
Mehman Mehdiyev