
Qazaxıstanda yeni nəqliyyat vasitələrinin istehsalı məsələsinə də baxılır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə hökumət mənbələri məlumat yayıb. Bildirilib ki, hazırda Qazaxıstanda JAC, Chevrolet, KIA, Lada, Jetour, Hongqi, Skoda, Hyundai və Genesis markaları istehsal edən iki avtomobil zavodu fəaliyyət göstərir.
Bu il daha iki yeni müəssisə - Almatıda multibrend zavodu və Kostanayda KİA zavodu fəaliyyətə başlayacaq. Almatıda CHANGAN, Haval və CHERY kimi markalı avtomobillərin istehsalı planlaşdırılır.
Beləliklə, 2025-ci ildə 147 824 avtomobilin istehsal ediləcəyi gözlənilir.
Süleyman