Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mühasibatlıq xidmətlərinə tələbat xeyli artıb

Mühasibatlıq xidmətlərinə tələbat xeyli artıb


Özbəkistanda mühasibatlıq xidmətlərinə tələbat xeyli artıb.

Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, 2025-ci ilin yanvar-may aylarında hüquq və mühasibat xidmətləri sahəsində göstərilən bazar xidmətlərinin həcmi 1 056,5 milyard som təşkil edib.

Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 257,5 milyard som çoxdur. Faiz göstəricisi üzrə isə bu 15,4 faiz artıq deməkdir.

Mühasibat uçotu, maliyyə auditi sahəsində xidmətlərin, habelə vergitutma sahəsində məsləhət xidmətlərinin həcmi 738,2 milyard som və ya hüquq və mühasibat uçotu sahəsində göstərilən xidmətlərin ümumi həcminin 69,9 faizini təşkil edib.

Süleyman
Xəbəri paylaş