
Bu ildən Qazaxıstanda Samsung məişət texnikası istehsal olunacaq.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Rəsmi məlumatlara görə, 2024-cü ildə Qazaxıstanda 270 mindən çox məişət texnikası istehsal edilib.
Bu ildən etibarən ölkədə "Samsung" brendi ilə televizor və paltaryuyan maşınların istehsalına başlanılacaq. Bu, idxalın əvəzlənməsi, izolyasiyanın artırılması və Qazaxıstanda istehsal olunan məhsulların çeşidinin genişləndirilməsi istiqamətində mühüm addım olacaq.
Qeyd edək ki, Qazaxıstan hökuməti bu məlumatı təsdiq edib.
Mehman Mehdiyev