Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada 737 mindən çox insan didərgin düşüb

Qəzzada 737 mindən çox insan didərgin düşüb


Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin mart ayında atəşkəsi pozmasından sonra Qəzzada 737 mindən çox insanın didərgin düşdüyünü bildirib.

Newscenter.az xəbər verir ki, BMT-nin mətbuat katibinin müavini Stefani Tremblay gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Bölgədəki həmkarlarının məlumatlarına istinad edən Tremblay, təkcə 8-15 iyul tarixləri arasında Qəzzada 11.500 adamın didərgin düşdüyünü bildirib.

Qəzzada demək olar ki, hər kəsin yerindən-yurdundan didərgin düşdüyünü qeyd edən Tremblay, bəzi insanların dəfələrlə məcburi köçkün edildiyini vurğulayıb.

Tremblay qeyd edib ki, BMT Baş katibi məcburi köçkün fələstinlilərin Qəzza şəhərinin şimalında sığınacaq axtardığı Müqəddəs Ailə Kilsəsinə (Latın Monastırı) edilən hücumu qətiyyətlə pisləyib.

İbadət yerlərinə edilən hücumların qəbuledilməz olduğunu vurğulayan Tremblay, sığınacaq axtaran insanların hədəfə alınmaması lazım olduğunu da deyib.

Anar Əliyev
Xəbəri paylaş