Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qurbanqulu Berdiməhəmmədovun səfəri Bakı ilə Aşqabad arasında münasibətlərə yeni ruh gətirəcək

Qurbanqulu Berdiməhəmmədovun səfəri Bakı ilə Aşqabad arasında münasibətlərə yeni ruh gətirəcək


"Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri bir sıra istiqamətlər üzrə mühüm əhəmiyyət kəsb edir. Bu səfərə təkcə Bakı ilə Aşqabad arasında münasibətlərin inkişaf etdirilməsi kontekstindən baxmaq doğru olmazdı. Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri həm də Aşqabadın türk dünyasına, Türk Dövlətləri Təşkilatına (TDT) yaxınlaşması deməkdir. Artıq bütün türk dünyası Azərbaycanın TDT-də lokomotiv rolu oynadığı qənaətindədir və bu səbəbdən bu coğrafiyadan ölkəmizə olan yüksək səviyyəli səfərlər artmaqdadır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, səfər çərçivəsində ali qonağın Qarabağ və Şərqi Zəngəzura, Füzuliyə, Şuşaya səfər etməsi xüsusi əhəmiyyət kəsb edir:

"İndiyə qədər Türkmənistandan belə yüksək səviyyəli şəxsin azad Qarabağa səfəri olmamışdı. Düzdür, bir müddət əvvəl bu ölkənin hökumət rəhbəri ECO-nun 17-ci zirvə görüüşündə iştirak etmək üçün Xankəndinə gəlmişdi. Ancaq Azərbaycana səfər etmək, ayrıca bu səfər çərçivəsində Qarabağa getmək Türkmənistanın timsalında bir ilk idi. Düşünürəm ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun bu regiona səfəri dost ölkədə Qarabağa olan marağı artıracaq. Eyni zamanda türkmən investorların da Qarabağa sərmayə yatırma perspektivləri yüksəkdir".

İlham Məmmədov deyib ki, Azərbaycan digər Orta Asiya ölkələri kimi geniş əməkdaşlıq imkanlarına malikdir. Deputatın sözlərinə görə, xüsusilə Xəzər dənizi regionunda bu əməkdaşlıq diqqət çəkir. Millət vəkili diqqətə çatdırıb ki, 2021-ci il yanvarın 21-də Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsi ilə bağlı razılıq əldə olunub və bununla da iki ölkə arasında enerji sektorunda əməkdaşlıq yeni mərhələyə qədəm qoyub:

"Bu gün Bakı ilə Aşqabad arasında çoxşaxəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Hesab edirəm ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına təkan verəcək, ölkələr arasındakı əlaqələrə yeni ruh gətirəcək".

Süleyman
Xəbəri paylaş