Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriya Prezidenti ölkəsinin müharibəyə hazır olduğunu bəyan edib

Suriya Prezidenti ölkəsinin müharibəyə hazır olduğunu bəyan edib


Suriya keçid dövrünün Prezidenti Əhməd əş-Şəraa İsrailin hücumları fonunda ölkəsinin müharibədən qorxmadığını və öz ləyaqəti uğrunda döyüşməyə hazır olduğunu bəyan edib.

Newscenter.az bildirir ki, “Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu, İsrailin Suriya ərazilərinə, o cümlədən Dəməşqə bombardmanlarına başlamasından sonra Suriya liderinin ilk bəyanatıdır.

"Biz bütün həyatımız boyu çağırışlarla mübarizə aparırıq və xalqımızı müdafiə edirik. Ancaq biz suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tutduq. Suriya xalqı müharibədən qorxmur və əgər onun ləyaqətinə təhdid yaranarsa, mübarizə aparmağa hazırdır", - əş-Şəraa bildirib.
Xəbəri paylaş