Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriyanı Livanla münaqişəyə cəlb etmək istəyirlər

Suriyanı Livanla münaqişəyə cəlb etmək istəyirlər


"Suriya prezidenti Əhməd əl-Şara əli boş, silahsız, ordusuzdur. Tamamilə gücsüzdür, çünki o, amerikalılara və qətərlilərə tabedir. İsrailin Qolan təpələri var, cənub da onlarındır. Druzların müdafiəsi təbii ki, sadəcə bir bəhanədir və buna görə də Şəra ilə danışıqlar İsrailin özü üçün ələ keçirməyi planlaşdırdığı torpaqlarda aparılacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Pərviz Əliyev səsləndirib. O deyib ki, Əhməd əl-Şaraa hamıdan ağıllı olduğunu düşünür:

"Amma amerikalılar hər zamankı kimi çirkin oyun oynamağa başlayıblar. Vaşinqton Şara klanına İsrailə Qolan təpələrini və Suriyanın cənubunu verin, bunun əvəzinə Livanı sizinlə paylaşaq. Siz şimalı götürün, biz də cənubu götürək mesajını çoxdan verib.
İndi gördüyümüz Suriyanı Livanla münaqişəyə cəlb etmək istəyidir. Məqsəd Hizbullahı məhv etməkdir".

Politoloq deyib ki, Hizbullahın məğlubiyyəti Suriyadakı hadisələrin birbaşa məqsədi olsa da, onlardan yalnız biridir:

"Suriyadakı hadisələr İsrailə bölgəni ələ keçirməyə kömək edir. ABŞ Yaxın Şərqə nəzarət edir və bu bölgədə başqasının görünməsini istəmir. Ona görə də İsraili mümkün qədər gücləndirmək lazımdır".

Anar Əliyev
Xəbəri paylaş