Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təyinatı üzrə istifadə olunmayan 146 min hektardan çox torpaq sahəsi dövlətə qaytarılıb

Təyinatı üzrə istifadə olunmayan 146 min hektardan çox torpaq sahəsi dövlətə qaytarılıb


Qazaxıstanda təyinatı üzrə istifadə olunmayan 146 min hektardan çox torpaq sahəsi dövlətə qaytarılıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, təyinatı üzrə istifadə edilməyən torpaq sahələri daha çox Şimali Qazaxıstan vilayətində qeydə alınıb. Vilayət prokurorları 29,8 milyard tenge dəyərində istifadəsiz torpaqları dövlətə qaytarıblar. Məlumat Baş Prokurorluq tərəfindən təsdiq edilib.

Bildirilib ki, 2025-ci ilin əvvəlindən nəzarət orqanı tərəfindən təyinatı üzrə istifadə olunmayan ümumi sahəsi 146 min hektardan çox olan 75 torpaq sahəsi müəyyən edilib.

Ağjar, Yeşil, Qabit Musrepov, Timiryazev və Ualixanov rayonlarında torpaq istifadəçiləri uzun müddətdir ki, 45 kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməyib, Torpaq Məcəlləsinin tələblərini pozub. Bundan başqa, Petropavlovskda sahibkar 3 ildir ki, kommersiya məqsədləri üçün ayrılmış 123 hektar torpaq sahəsindən istifadə etmir.

Mehman Mehdiyev
Xəbəri paylaş