
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedovun Azərbaycana etdiyi səfər iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfələr verdi. Səfər zamanı siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində vacib razılıqlar əldə olundu.
Newscenter.az xəbər verir ki, bu fikirləri Newscenter.az-a Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədrinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşova səsləndirib.
Bildirib ki, səfər çərçivəsində əvvəlcə siyasi münasibətlər daha da gücləndi. Azərbaycan və Türkmənistan regional və beynəlxalq məsələlərdə bir-birini dəstəkləməyə davam edəcəklərini bəyan etdilər:
"Bu isə iki ölkənin strateji tərəfdaşlığını möhkəmləndirir. İqtisadi sahədə isə ticarət, enerji, nəqliyyat və logistika üzrə əməkdaşlıq genişləndirildi. Xəzər dənizi və Orta Dəhliz vasitəsilə yükdaşımaların artırılması barədə razılıqlar əldə edildi. Bu da hər iki ölkənin iqtisadi inkişafına və beynəlxalq nəqliyyat bağlantılarının güclənməsinə imkan verəcək".
Dürdanə Qaraşova deyib ki, səfər həm də mədəni və humanitar əlaqələrin genişlənməsinə səbəb oldu:
"Təhsil və mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıldı. Bu da xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradacaq.
Qarabağa səfər isə Türkmənistanın Azərbaycanın yenidənqurma işlərinə dəstəyini göstərdi. Berdimuhammedovun Şuşa və Füzuliyə səfəri dostluğun və həmrəyliyin bariz nümunəsi oldu".
Dürdanə Qaraşova onu da deyib ki, bütün bu məqamlar Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin daha da inkişafına, regional sabitlik və əməkdaşlığın güclənməsinə mühüm töhfə verdi:
"Fikrimcə imzalanan razılaşmalar və qarşılıqlı anlaşmalar gələcəkdə Azərbaycan və Türkmənistanın ortaq maraqlar əsasında daha sıx əməkdaşlıq etməsinə şərait yaradacaq".
Süleyman