
Çinin Şensi əyalətinin hökuməti özbək gəncləri üçün 1,8 milyon dollar təhsil qrantı ayırıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Özbək gəncləri Şaansi əyalət hökumətinin Daşkənd Dövlət Nəqliyyat Universitetinə ayırdığı qrantlar hesabına Çanqan Universitetində təhsil almaq imkanı əldə ediblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, təhsil qrantının ümumi dəyəri 13 milyon yuan (təxminən 1,8 milyon ABŞ dolları) təşkil edir və 10 PhD, 40 magistr və 60 bakalavr tələbəsini əhatə edir. Proqramlar 1+1 magistratura və 2+2 bakalavr pilləsi formasında həyata keçirilir.
Mehman Mehdiyev