
“Türkiyədə açıq və uzaqdan ali təhsilin qurucusu və öncüsü olan Anadolu Universiteti, yarım əsrə yaxın təcrübəsi ilə bu sahədə yeni bir mərhələyə qədəm qoyur. “Dəyişikliyə Açıq Təhsil” fəlsəfəsi əsasında rəqəmsal transformasiya və struktur yenilikləri həyata keçirən universitet, 2009-2010-cu ildən etibarən Azərbaycan vətəndaşlarına yüksək keyfiyyətli ali təhsil imkanı təqdim edir”.
Newscenter.az xəbər verir ki, bu barədə univeristetdən məlumat verilib.
Bildirilib ki, bu illər ərzində təxminən min beş yüz azərbaycanlı gənc universitetin müxtəlif proqramlarından məzun olub: “Hazırda isə iki minə yaxın tələbə təhsilini uğurla davam etdirir. Anadolu Universiteti, imtahansız ikinci ali təhsil, ikili diplom imkanı, uzaqdan təhsil və çevik öyrənmə modelləri ilə Azərbaycanın gənc nəslinə ali təhsilə daha asan və geniş çıxış qapıları açır”.
Məlumatda o da qeyd edilib ki, Anadolu Universiteti Azərbaycan Proqramlarının 16-cı məzuniyyət mərasimi avqustun 9-da, saat 19:00-da Bakıda yerləşən IMSA-Maarif Məktəbində keçiriləcək: “Təntənəli mərasimdə Açıq Təhsil Fakültəsinin məzunları, beynəlxalq keçərliyə malik Diplom Əlavəsi ilə birlikdə diplomlarını alaraq yeni həyat mərhələsinə qədəm qoyacaqlar”.
67 illik təcrübəsi ilə Türkiyənin ən köklü dövlət ali məktəblərindən biri olan universitetimiz, açıq və uzaqdan təhsildə ölkəmizin qabaqcılı olmaqla yanaşı, dünyada da ən üst sıralarda yer alır. Azərbaycan proqramlarımızla illərdir minlərlə tələbəyə çatdıq və bu il 16-cı buraxılışımızın sevincini yaşayırıq”.
Bunu Anadolu Universitetinin rektoru, Prof. Dr. Yusuf Adıgüzel mərasim ərəfəsində verdiyi açıqlamada deyib.
Rektor bildirib ki, “Türk dünyasının qlobal universiteti” vizyonumuz çərçivəsində, Azərbaycanlı gənclərə təqdim edilən keyfiyyətli təhsil imkanlarını hər il daha da genişləndirməyi hədəfləyirlər: “2005-ci ildən etibarən Avropa Kredit Transfer Sistemini tətbiq edərək, məzunlarımıza dünyanın bir çox ölkəsində keçərli beynəlxalq akademik üstünlüklər qazandırırıq. Məqsədimiz tələbələrimizi qlobal arenada rəqabət aparacaq səviyyəyə gətirən bir təhsil modelini təqdim etməkdir. İki qardaş ölkənin elmi, mədəni və iqtisadi inkişafına töhfə vermək, ortaq dəyərlərimizi gələcək nəsillərə ötürmək bizim üçün ən böyük qürurdur.”
Süleyman