
Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyi (ATUİAB) Qarabağ və Şərqi Zəngəzurun investisiya imkanlarını araşdırır.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı ATUİAB-ın İdarə Heyətinin sədri Ruslan İmanzadə verib. O bildirib ki, bu məqsədlə Azərbaycana səfər çərçivəsində Qarabağa səfər təşkil olunub:
"Səfərdə məqsəd işğaldan azad edilmiş ərazilərdə investisiya imkanlarını araşdırmaq, mümkün biznes sahələrini müəyyən etmək və bununla əlaqədar ATUİAB-ın üzvü olan özbək və türk iş adamlarını məlumatlandırmaqdır".
Ruslan İmanzadə qeyd edib ki, Özbəkistana qayıtdıqdan sonra Qarabağın mövcud biznes mühiti və investisiya imkanları barədə iş adamlarını ətraflı şəkildə bilgiləndirəcək.
Süleyman