Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı və İrəvanın Vaşinqtonda sülhə gəlməsi, region üçün gözləntilər

Bakı və İrəvanın Vaşinqtonda sülhə gəlməsi, region üçün gözləntilər


8 avqust ABŞ da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşdə sülh barədə şərtlər tamamilə razılaşdırıldı, müqavilə imzalanması üçün paraflanma aparıldı.
Zəngəzur dəhlizindən istifadə hüququnun Azərbaycana qaytarılması Türkiyə Naxçıvan MR və Azərbaycandan keçən iqtisadi tranzit yollarının yenidən canlanmasına imkan verəcək.

Lakin, regionda sülhün əldə edilməsi Moskvada anti Azərbaycan mövqeli siyasiləri yenidən fəallaşdırıb.

Onların istədiyi Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gətirilməsi, Bakı İrəvan arasında yenidən böyük müharibənin olması, vəziyyətdən istifadə edib iki ölkə arasında “sülhün təmini “ adı altında hərbi qüvvələri regiona gətirmək, beləcə, Cənubi Qafqazı ələ keçirmək.

ABŞ nin Zəngəzur dəhlizinə nəzarətdə iştirak edə bilmə ehtimalı Rusiya üçün yolverilməzdir.

Zəngəzur dəhlizi İran Rusiya arasında “şahdamar” rolu oynayan keçid xəttidir.
Tehran Yaxın Şərqdə Suriya, Livan, Qəzzada yerləşən müttəfiqlərini itirdikdən sonra Rusiya ilə hərbi siyasi əməkdaşlıq sayəsində bu itkiləri kompensasiya etmək istəyir. Digər tərəfdən, ABŞ və İsraillə hazırkı konflikt zamanında Ona hərbi yardım, texniki dəstək, silah sursat lazımdır.

Moskva da Tehranın qorunmasında maraqlıdır çünki, O, Hind okeanına çıxışda, ticari yüklərin İrandaxili v digər ölkələrə daşınmasında mühüm rol oynayır.

İran Rusiya üçün Yaxın Şərq və Cənub Qərbi Asiyaya təsir imkanı, nəzarət funksiyası və hərbi for post əhəmiyyəti daşıyır.

Məhz bu üzdən Rusiya da İran da Zəngəzur dəhlizində üçüncü ölkənin (ABŞ) fəaliyyət göstərməsini istəmir.

Vaşinqton dəhlizə sabitliyi təmin edən qüvvə kimi müəyyən sayda hərbi qüvvə göndərsə, həm də Rusiya İran hərbi və ticari yüklərinin daşınmasını nəzarət altına ala bilər.

Həm də ABŞ həmin nəzarətçi əsgərlərindən Rusiyanın zvarnotsda yerləşən və hazırda aktiv şəkildə Moskvadan xüsusi tapşırıqla getdikcə sayı artırılan hərbi bazadakı hərbi birləşmələrin Paşinyanı devirib anti Qərb mövqeli adamları hakimiyyətə gətirməsinə mane olmaq üçün istifadə edə bilər.

Azərbaycan Ermənistan arasında Sülh sazişi region üçün mühüm gözləntilər kəsb edir.
Birincisi, bu Türkiyə Azərbaycan arasında quru əlaqələrinin inkişafına töhfə verəcək.
İkincisi, Naxçıvan və Azərbaycan arasında birbaşa və daha qısa yol bərpa ediləcək.
Üçüncüsü, Rusiyanın Paşinyanı devirib yerinə anti Qərb və anti Azərbaycan siyasəti aparan şəxsləri gətirib və yenidən Qarabağa və digər ərazilərimizə iddialar qaldırıb müharibə başlamasının qarşısı bölgəyə gətiriləcək beynəlxalq qurumların vasitəsilə alınacaq yəni, İrəvanda Moskvanın dəstəyi ilə edilməsi planlaşdırılan istənilən hərbi çevriliş bu qüvvələrin məsələyə müdaxiləsi ilə nəticələnək. Çünki, Qərb və xüsusən də ABŞ Ermənistanı itirmək istəmir, Rusiyanın cənubunda for post yaradaraq Ukrayna ilə Şərqi Avropanı onun əlindən çıxardıqları kimi bu ölkədən də Cənubi Asiyaya çıxışı məhdudlaşdırmaq istəyir.

Moskva da hazırda Azərbaycan ABŞ arasında müsbət münasibətlər və Bakı İrəvan sülh sazişi üzrə paraflanma və böyük irəliləyişdən narazıdır.

Rusiya sülh müqaviləsinin bağlanmasında vasitəçiliyi , Zəngəzur dəhlizinə nəzarəti özü etmək istəyirdi. Beləcə, regionda sabitliyin təmin edilməsində əsas güc kimi özünü qələmə verə biləcəkdi.

İsa İsmayılov, siyasi şərhçi


Newscenter.az üçün
Xəbəri paylaş