Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqaza əbədi sülhü gətirən sənəd

Cənubi Qafqaza əbədi sülhü gətirən sənəd


Nəhayət ki, gözləntilər özünü doğrultdu. Ermənistanla sülh müqaviləsinin ilkin paraflamı imzalandı. Mübaliğəsiz, şişirtmədən açıq şəkildə demək olar ki, böyük diplomatik uğurdur. 5 il əvvəl hərb meydanında əldə etdiyimiz tarixi zəfərin diplomatik müstəvidə davamı, eyni zamanda təsdiqidir. Çoxları üçün sıradan bir səfər, sıradan bir bəyannamə kimi görünsə də, zaman keçdikcə və bəyannamədə əksini tapan maddələr mərhələ-mərhələ icra edildikcə avqustun 8-də Ağ Evdə imzalanmış tarixi sənədin mahiyyətini, ölkəmiz, ümumilikdə regionumuz üçün nə dərəcədə əhəmiyyətli olduğunu dərk edəcəyik.

Tarixi səfər, tarixi imza, tarixi uğur

Azərbaycan Prezidentinin Vaşinqtona səfəri tarixi əhəmiyyət daşıyırdı. Cənab İlham Əliyev respublikaya rəhbərlik etdiyi gündən onun opponentlərinin qərəzli və əsası olmayan bir fikri səslənirdi. Azərbaycan Qərbdən, Amerikadan uzaqlaşıb. Lakin İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti, eləcə də uğurlu diplomatik gedişləri bütün bu arqumentləri sıfıra endirdi. Vaşinqton görüşü və Cənab İlham Əliyevin okeanın o tayına dəvət alması sübut etdi ki, dövlət başçısının nə zaman, hansı addımı atacağını söyləməsi əbəs deyilmiş. Güclü liderin uğurlu diplomatik gedişləri Azərbaycanı nəinki Qərbdən, Amerikadan uzaqlaşdırdı, əksinə Qərbi, Amerikanı Azərbaycana yaxınlaşdırdı. Dünyanın super gücü özü Azərbaycanla dərindən əməkdaşlığa maraq göstərdi. Cənab İlham Əliyevin Vaşinqton səfəri və Ağ Ev rəhbərinin dövlət başçısına olan yüksək diqqəti bunun əyani sübutu idi

Sülhə doğru atılan inamlı addım

Vaşinqtonda Ağ Ev rəhbəri Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı birgə bəyannamə Bakı və İrəvan arasında sülhə doğru atılmış inamlı addım idi. Artıq iki ölkə arasında tezliklə sülhün əldə ediləcəyinə şübhə yoxdur. Çünki bu sülhü, eləcə də Cənubi Qafqazda davamlı sabitliyi dünyanın super gücü olan Amerika da istəyir və Vaşinqton bunun zəmanətçisi rolundadır. Artıq əminliklə deyə bilərik ki, Cənubi Qafqaza davamlı sülh gələcək və region yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Tarixi ədalətin bərpası

Azərbaycan Prezidentinin Vaşinqton səfəri həm də tarixi ədalətin bərpası, 907-ci düzəlişin ləğvi ilə yadda qaldı. 33 il əvvəl ermənipərəst konqresmenlərin imzası ilə Azərbaycana qarşı tətbiq edilən bədnam 907-ci düzəliş Cənab İlham Əliyevin uğurlu diplomatik gedişləri ilə elə erməni imzası ilə, Paşinyanın məlum bəyannaməni imzalaması ilə aradan qalxmış oldu. Həqiqətən də analoqu olmayan, tarixdə nadir hallarda rastlanan hadisə, gedişdir ki, buna da yalnız İlham Əliyev kimi güclü siyasi liderlər nail ola bilərdi.

Azərbaycanın yaratdığı geosiyasi reallıqların qəbulu

Vaşinqton Bəyannaməsi həm də Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi deməkdir. Bu həm də Azərbaycanın yaratdığı reallıqların dünyanın super gücü olan Birləşmiş Ştatlar tərəfindən təsdiqi, eyni zamanda Ağ Ev tərəfindən onun dünyaya təqdimatı sayıla bilər. Artıq bundan sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları hər kəs qəbul etmək, onunla barışmaq zorunda qalacaq. Çünki bunu Vaşinqton da dəstəkləyir, təqdir edir. Dünənə qədər yaranmış yeni reallıqlar fonunda Zəngəzur dəhlizinin açılmasını ciddiyə almayan, yaxud ona qarşı olanlar da artıq sözügedən dəhlizə maraq göstərəcəklər. Çünki Zəngəzur dəhlizinin açılmasının da qarantörü məhz ABŞ-dir. İndiki situasiyada Vaşinqtonun atdığı hər hansı addıma etiraz etmək istənilən ölkə üçün yaxşı olmayan nəticələrə səbəb ola bilər. Xüsusilə onu nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan, yaxud Ermənistan və ABŞ-nin maraqlarına cavab vermir. Bu dəhlizin açılması ümumilikdə yaxın və uzaq ölkələrin hər biri üçün faydalıdır. Ən əsası dəhliz Türk dünyasını Avropa ilə birləşdirəcək strateji əhəmiyyətə malik layihədir.

Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Birləşmiş Ştatlara səfərinə diqqət yetirdikdə birmənalı şəkildə, mübaliğəsiz demək olar ki, bu səfər tarixi olduğu qədər də hər bir detalı, hər bir görüş və imzalandığı sənədi ilə olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində imzalanan sənədlərdə əksini tapan maddələr icra edildikcə biz Vaşinqton səfəri və Cənab İlham Əliyevin nə dərəcədə uğurlu siyasi lider olduğunu görəcəyik.

Arzuman Muradlı

"Milli İnkişaf" İctimai birliyinin sədri
Xəbəri paylaş