Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatı sadələşdiriləcək

Əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatı sadələşdiriləcək


Özbəkistanda əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatı prosesi sadələşdiriləcək.

Newscenter.az-ın "Sputnik Özbəkistan"a istinadən xəbərinə görə, qanunvericilik aktlarına edilən dəyişikliyə əsasən müəyyən edilib ki, sənaye mülkiyyəti obyekti dövlət qeydiyyatına alınarkən patent elektron sistem vasitəsilə avtomatik olaraq ərizəçiyə göndəriləcək.

Əvvəllər nəzərdə tutulmuşdu ki, sənaye mülkiyyəti obyektinə patent verilməsi obyektin qeydiyyatı haqqında məlumatın rəsmi qəzetdə dərc edildiyi tarixdən 10 gün sonra həyata keçiriləcək.

Həmçinin qanunvericiliyə edilən əlavə və dəyişikliklərə əsasən, əqli mülkiyyət obyektlərinə hüquqların pozulmasına görə məsuliyyətin artırılması nəzərdə tutulub.

Süleyman
Xəbəri paylaş