Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda Avropa İttifaqının mülki missiyasına son veriləcək?

Ermənistanda Avropa İttifaqının mülki missiyasına son veriləcək?


"Azərbaycan, ABŞ və Ermənistanla Birgə Bəyannamənin imzalanması və Sülh müqaviləsinin mətninin paraflanmasını çərçivə sazişi kimi xarakterizə etmək olar. Demek olar ki, Azərbaycanla Ermənistan arasında sülh var, hər hansı bir müharibə vəziyyəti sıfırlanıb".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının yarım hərbi mülki missiyasını yerləşdirib:

"Hətta mandatını uzadıb. Ermənistan bunu Azərbaycanın mümkün hücumlarına qarşı yerləşdirmişdi.

Artıq, Azərbaycanla Ermənistanla müharibə vəziyyəti aradan qaldırılıb. Ermənistan Avropa İttifaqının mülki missiyasının fəaliyyətinə son verməlidir. Ayda bir neçə dəfə Azərbaycan sərhədinə yaxınlaşıb, hərbi hissələrin dislokasiyasını izləyən Avropa müşahidəçilərinin bundan sonra, sərhəddə yaxınlaşmasına son verilməlidir".

Süleyman
Xəbəri paylaş